Bank Of Baku

Gennadi Axramoviç: “Belarusla Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır”

Gennadi Axramoviç: “Belarusla Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır”
# 02 iyul 2019 20:48 (UTC +04:00)

 

Bakıda Belarusun Müstəqillik Günü və faşist Almaniyasının işğalından azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.  

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib ki, belarus xalqı İkinci Dünya Müharibəsi zamanı böyük itkilər yaşayıb. 

O, Belarusun işğaldan azad olunmasında iştirak edən ölkələrə öz minnətdarlığını bildirib.

Səfir həmçinin Azərbaycanla əlaqələrə  toxunub: "Belarus Azərbaycanla əməkdaşlığa və dostluğa böyük önəm verir. İki ölkə arasında əlaqələr strateji xarakter daşıyır".

O qeyd edib ki, Azərbaycan və Belarus arasında əlaqələr qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub və iki ölkə həmişə bir-birinə arxayın ola bilər.


Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov vurğulayıb ki, Azərbaycanla Belarus arasında möhkəm dostluq və qarşılıqlı əməkdaşlıq mövcuddur.

O xatırladıb ki, indiyə qədər Prezident İlham Əliyev Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə səfər edib. 

"İki ölkə liderləri arasında mövcud olan şəxsi dostluq da iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Belarus sağlam, şəffaf və qarşılıqlı etimada malik münasibətlərə sahibdirlər. Onlar həmişə bir birini dəstəkləyiblər",  - deyə Y.Eyubov qeyd edib. 

O deyib ki, prezident Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyi təqdirəlayiqdir və Azərbaycan bunu alqışlayır.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi zamanı Minskin işğaldan azad edilməsində Həzi Aslanov və Nəcəfqulu Rəfiyev iştirak ediblər.

Baş Nazirin birinci mavini vurğulayıb ki, Azərbaycan və Belarus arasında bütün sahələrdə: iqtisadiyyat, mədəniyyət, idman, səhiyyə, kənd təsərrüfatı, ticarət, maşınqayırma və s. sahələrdə əməkdaşlıq genişlənir: "İki  ölkə arasında ötən il ticarət dövriyyəsi 3 dəfə artaraq, 450 milyon dollar təşkil edib". 

O qeyd edib ki, Bakıdan sonra Avropa Oyunlarının estafetini  Belarusun götürməsi çox əlamətdardır. Y.Eyyubov deyib ki, Belarus Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edib və öz qonaqpərvərliyini nümayiş etdirib. 
O, Belarusu müstəqillik günü münasibətilə təbrik edib və Belarus xalqına sülh və əmin-amanlıq arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR