Rusiya Azərbaycanın Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymələndirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymələndirir. Bakı Hərəkata rəhbərlik səlahiyyəti müddətində yüksək səviyyədə peşəkarlıq, kreativlik və işqabiliyyətlilik nümayiş etdirir. Bunun təsdiqi COVİD-19-la mübarizədə aktiv tədbirlə görülməsi, 2021-ci ildə Bakının təşəbbüsü ilə Hərəkat adından BMT Baş Assambleyasının 76-cı ssiesiyasına koronovirus əleyhinə vaskinlərə bərabər çıxış olması haqqında qərar layihəsı daxil olub. Məlum təşəbbüsün inkişafı olaraq 2023-cü ilin martında Azərbaycan paytaxtında təmas qrupunun sammiti keçirilib. 76 -dən çox nümayəndə heyəti bu saamitdə iştirak edib”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusundan da danışıb. Bildirib ki, Rusiya məhz Azərbaycan sədrliyi dövründə Hərəkatda müşahidəçi status alıb: “Bizim ölkəmiz öz qarşısına birliyin üzvlərinin müstəqil siyasi kurs yürütməsini, qanunsuz sankisya siyasətinə qarşı fəaliyyətin dəstəklənməsini genişləndirməyi məqsəd qoyub. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə Bakıda keçirilən tədbirdə məhz bu məqsdələri rəhbər tutur”.