Bank Of Baku

Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verəcək - RƏY

Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verəcək - RƏY
# 03 oktyabr 2019 20:23 (UTC +04:00)

“Hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya – Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir”. 

Bunu APA-ya Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə rusiyalı həmkarı ilə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur: “Təsadüfi deyil ki , Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər arasında keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost və mehriban qonşudur. Əlbəttə münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəsizlik maraqları baxımından da aktualdır”. 

Deputat bildirib ki, tərəflər arasında təsdiq olunmuş “Yol xəritələri”nin reallaşdırılması bu münasibətlərə yeni stimul verir: “Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun fəaliyyətini də yüksək qiymətləndirib və onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma adlandırıb. Doğrudan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır. Ona görə də bu səfər iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən bu münasibətlərin gələcək perspektivləri baxımından da olduqca önəmlidir. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verəcək”. 

Milli Məclisin deputatı Cavid Osmanov APA-ya deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bir neçə məsələyə xüsusi ilə toxunub: “Səfər zamanı cənab Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı hər iki ölkənin dövlət başçıları ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ticari-iqtisadi sahədə əlaqələrin inkişafının müsbət dinamikasını qeyd ediblər. Cənab Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bir neçə məsələyə xüsusi ilə toxunub. Əvvəla qeyd edim ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin şəxsi dəvəti ilə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirak edir. Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. Onu da qeyd edim ki, “Valday” Beynəlxalq Diskussiya Klubu bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır”.

C. Osmanov vurğulayıb ki, hər iki ölkənin prezidentlərinin görüşü Azərbaycanla Rusiya arasında sıx əməkdaşlıq mühitinin olmasından xəbər verir: “Cənab Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə də görüşündə “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq” - deməsi bunu bir daha sübut edir. Hesab edirəm ki, Rusiya və Azərbaycan prezidentləri arasında görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yaxşı təkan verəcək. Həmçinin tərəflər arasında təsdiq olunmuş “Yol xəritələri”nin reallaşdırılması daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR