Bank Of Baku

Rusiya XİN: Ermənistan üçün sülh şansı əldə olunmuş üçtərəfli razılaşmaların icra olunmasıdır

Rusiya XİN: Ermənistan üçün sülh şansı əldə olunmuş üçtərəfli razılaşmaların icra olunmasıdır
# 12 sentyabr 2023 16:27 (UTC +04:00)

Ermənistan üçün sülh şansı əldə olunmuş üçtərəfli razılaşmaların icra olunmasıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadiyyat Forumu çərçivəsində "Komsomolskaya pravda" ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülh şansı Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanan üç sənəddə qeyd olunub.

“Sülh şansı son illər, qeyd edim ki, Moskvanın və şəxsən Rusiya prezidentinin səyləri sayəsində nizamlanma sırasına keçib. Hamı razılaşdığına görə və 2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə təsdiqləndiyinə görə, sadəcə olaraq, onları icra etmək lazımdır. Ritorikaya gəldikdə isə, bilirsiniz, cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vaxtaşırı müxtəlif tərəflərdən - istər hakimiyyətdəki şəxslərdə, istərsə də siyasi dairələri təmsil edən şəxslərdən eşitdiyimiz bu ritorikaya münasibət bildirib. Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır. Artıq hamı alovlandırmağı, yandırmağı, ayırmağı öyrənib. Barışdırmağı, kömək etməyi, bərpa etməyi bu gün hər kəs bacarmır. Bunun üçün səy göstərməliyik", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR