Bank Of Baku

Sabiq rumıniyalı nazir: Azərbaycanın itkin düşmüş şəxsləri qeyri-insanı şəkildə basdırılıb, işgəncələrə məruz qalıb

Sabiq rumıniyalı nazir: Azərbaycanın itkin düşmüş şəxsləri qeyri-insanı şəkildə basdırılıb, işgəncələrə məruz qalıb
# 18 sentyabr 2023 11:06 (UTC +04:00)

“Mən dəfələrlə Azərbaycanda olmuşam, cənab Prezident İlham Əliyevlə görüşmüşəm”.

APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Rumıniyanın baş nazirinin sabiq müavini, sabiq ədliyyə naziri Ana Birçal deyib.

O bildirib ki, Şuşada dəfələrlə olub: “İlk dəfə Şuşaya gedəndə ürkmüşdüm. Son gedişimdə isə bir neçə ay ərzində Şuşada gedən proqresi, inkişafı gördüm. Prezident İlham Əliyevin nitqini dinləyərkən onun qətiyyətini gözlərindən də görmək olurdu. O bizə hər dəfə məlumat verəndə itkin düşən şəxslər məsələsinə də toxunurdu. Azərbaycanın 4000-ə yaxın itkin düşən vətəndaşı var və bu çox təəssüf edici haldır, bəşəriyyətə həqarətdir. Bu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Mən bunu bir hüquqşünas kimi deyirəm. İnsanları itkin düşən şəxslərlə bağlı məlumatlardan məhrum etmək Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan Ermənistanın hələ ki, itkin düşmüş şəxslərlə bağlı məlumatı verməməsindən əziyyət çəkir. Bildiyiniz kimi Azərbaycanın itkin düşmüş şəxsləri qeyri-insanı şəkildə basdırılıb, işgəncələrə məruz qalıb. Ermənistan birmənalı şəkildə itkin düşən şəxslərlə bağlı, onların məzar yerləri ilə bağlı məlumatları təqdim etməlidir. BMT ailəsi, beynəlxalq ictimaiyyət itkin düşən Azərbaycan vətəndaşlarla bağlı məlumatların təqdim edilməsinə çalışmalıdır. Bu siyasi məsələ deyil. Ümid edirəm gələn dəfə belə tədbirdə görüşərkən biz Ermənistan tərəfindən bütün məlumatların təqdim edilməsini qeyd edərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR