Bank Of Baku

Şahbaz Şərif Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

Şahbaz Şərif Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
# 15 iyun 2023 10:56 (UTC +04:00)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, Pakistanın Baş naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

10:40

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Fəxri xiyabana gəlib.

APA xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR