Bank Of Baku

Sahibə Qafarova Macarıstana işgüzar səfərə gedib

Sahibə Qafarova Macarıstana işgüzar səfərə gedib
# 13 sentyabr 2023 15:28 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafik Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Budapeşt Ferents List hava limanında Milli Məclisin sədrini Macarıstan Prezidentinin Milli Müdafiə Direktorluğunun rəhbəri İştvan Kun-Szabo, Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın V Budapeşt Demoqrafik Zirvə tədbirində çıxışı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR