Bank Of Baku

Şalva Papuaşvili: "Gürcüstan-Azərbaycan əməkdaşlığı regional sülh üçün önəmlidir"

Şalva Papuaşvili: "Gürcüstan-Azərbaycan əməkdaşlığı regional sülh üçün önəmlidir"
# 25 may 2023 20:34 (UTC +04:00)

Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq regional sülh və sabitlik üçün önəmlidir.

APA-nın Tbilisi bürosu xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.

“Biz regionumuzda təhlükəsizlik mühitini inkişaf etdirməyə sadiqik. Bu tarixi gündə mən yalnız bizim ölkələrimizi deyil, xalqlarımızın birgəyaşayışını təmin edən silahlı qüvvələrimizin önəmini vurğulamaq istəyirəm. Silahlı qüvvələr ölkənin gücü və qürurudur. Mən Azərbaycan Silahlı Qüvvələrinə Azərbaycan Dövləti qarşısında layiqli xidmət arzu edirəm”,- Papuaşvili deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR