Bank Of Baku

Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri delimitasiya komissiyalarının işinin intensivləşdirilməsinə razılaşıblar

Şarl Mişel: Azərbaycan və Ermənistan liderləri delimitasiya komissiyalarının işinin intensivləşdirilməsinə razılaşıblar
# 15 iyul 2023 20:05 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş Brüssel görüşündə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsi müzakirə edilib.

APA-nın Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Şarl Mişel görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini ifadə ediblər.

“Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiqlədilər. Mən hər iki sərhəd komissiyasının 12 iyul görüşünü alqışladım. Bu komissiyaların statusları və delimitasiyanın əsasları ilə bağlı müzakirələr üzərində işlər irəliyə aparılıb. Çox vacibdir ki, liderlər komissiyaların işinin sürətləndirməsi və intensivləşdirməsinə razılaşdılar”, - deyə Şarl Mişel bildirib.

Ramiz Mikayıloğlu

Səid Babazadə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR