“Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır”.
APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günlərində iştirak edən Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.
Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb.
D. Savelyev qeyd edib ki, ölkələr arasında əlaqələr intensiv şəkildə inkişaf edir.