Bank Of Baku

Şavkat Mirziyoyev: Humanitar əməkdaşlıq sahəsi də dəyişməz prioritetlərimiz sırasındadır

Şavkat Mirziyoyev: Humanitar əməkdaşlıq sahəsi də dəyişməz prioritetlərimiz sırasındadır
# 31 iyul 2026 12:39 (UTC +04:00)

"Humanitar əməkdaşlıq sahəsi də dəyişməz prioritetlərimiz sırasındadır".
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Humanitar əməkdaşlıq sahəsi də dəyişməz prioritetlərimiz sırasındadır. Xalqlarımız əsrlər boyu yanaşı yaşayıb, ticarət aparıb, bilik və mədəni ənənələri bölüşüblər. Müasir əməkdaşlığın dərinləşməsi ilə ümumilik hissi daha da möhkəmlənir. Xalqlarımız öz milli kimliyini qorumaqla yanaşı, tədricən ümumregional identiklik də formalaşdırırlar. Əminik ki, bu sahədə fəaliyyətin məzmununun keyfiyyətcə yenilənməsi xalqlarımız arasında birlik, həmrəylik və qarşılıqlı anlaşma hissini daha da gücləndirəcək. Bu gün səsləndirilən əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüs və təklifləri tam dəstəkləyirəm. Bu gün imzalanan Bəyannamə əldə olunmuş razılaşmaları və ümumi məqsədlərimizi özündə əks etdirir.”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR