Bank Of Baku

Səfir: Azərbaycan və Qazaxıstan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub

Səfir: Azərbaycan və Qazaxıstan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub
# 11 sentyabr 2023 11:40 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq münasibətləri olduqca yüksək templə güclənir və demək olar ki, bu münasibətlər yeni mərhələyə qədəm qoyub.

APA xəbər verir ki, bunu Qazaxıstanin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qazaxıstan səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa zamanı çıxışında deyib.

Səfirin sözlərinə görə, ölkələrimiz arasında münasibətlərin inkişafına xalqlarımız arasında dərin tarixi köklərə malik olan qardaşlıq və dostluq öz töhfəsini verir , lakin burada ölkələrimizin liderlərinin səfərləri və qarşılıqlı münasibətləri olduqca mühüm yer tutur: "Bildiyiniz kimi ötən ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edib. Bu il Azərbaycanın Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olub. Bu səfərlər iki qardaş , dost ölkənin əlaqələrinin inkişafı üçün , intensivləşməsi üçün katalizator rolunu oynayır ".

Alim Bayel qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin səviyyəsi barədə daha aydın təsəvvür yaratmaq üçün son bir neçə ay ərzində Qazaxıstan Məclisinin (red. - parlamentin aşağı palatası) sədrinin Azərbaycana səfəri ilə yanaşı, Senatın sədr müavini (red. - yuxarı palata), nəqliyyat, mədəniyyət və fövqəladə hallar nazirlərinin səfərlərini misal çəkmək olar: "Sadalanan faktorlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Qarşılıqlı münasibətlərin genişləndirilməsi üçün iqtisadi əlaqələrimiz və investisiya sahəsindəki əlaqələr də mühüm rola malikdir. Ötən il ticarət dövriyyəsinin həcmi 40 faiz artıb və 450 milyon ABŞ dollarını keçib. Bu ilin ilk altı ayına nəzər salanda görürük ki, biz artıq 300 milyon dollara yaxınlaşırıq. Qarşılıqlı şəkildə bir sıra maraqlı layihələr həyata keçirilir, bu il biz Azərbaycan vasitəsilə öz neftimizi ixrac etməyə başlamışıq və ümid edirik ki, yaxın illərdə Qazaxıstan neftinin Bakı Tbilisi Ceyhan kəməri ilə nəqlinin həcmi ildə bir neçə milyon tona çatacaq.
Azərbaycan və Qazaxıstan arasında çox əhəmiyyətli bir layihə də həyata keçirilir, Xəzər dənizinin altı ilə fiber optik xəttin çəkilişini nəzərdə tuturam. Bununla da ölkələrimizi alternativ rabitə xətti, kabel əlaqələndirəcək. Bütün bunlar bizi telekommunikasiya sahəsində asılılığımızı aradan qaldırmaq üçün həyata keçirilir. Azərbaycanla Qazaxıstan regionun mühüm ölkələridir və şübhəsiz ki ölkələrimizin güclənməsi həm də regionun inkişafı üçün əhəmiyyətlidir. Ölkələrimiz həm regional həm də TDT səviyyəsində olduqca yüksək əhəmiyyətə malikdir və biz bu regionun sahibləriyik. Qazaxıstana güclü və stabil Azərbaycan, Azərbaycana da öz növbəsində təsir gücünə malik və çiçəklənən Qazaxıstan lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR