Bank Of Baku

Səfir: Özbəkistanın TDT-nin tamhüquqlu üzvü olması Azərbaycanla əlaqələri daha da möhkəmləndirib

Səfir: Özbəkistanın TDT-nin tamhüquqlu üzvü olması Azərbaycanla əlaqələri daha da möhkəmləndirib
# 08 avqust 2023 10:41 (UTC +04:00)

Özbəkistanın Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü olması Azərbaycanla əlaqələri daha da möhkəmləndirdi.

APA xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

Diplomatın sözlərinə görə, hazırda TDT türk ölkələri arasında əlaqələndirici rol oynayır və türk dünyasının mühüm məsələlərini həllində iştirak edir.

Quliyev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dinamik və hərtərəfli formada inkişaf edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR