Bank Of Baku

Səfirlik: Gürcüstanda sürüşmə zamanı ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Gürcüstanda sürüşmə zamanı ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur
# 04 avqust 2023 12:27 (UTC +04:00)

Gürcüstanın Oni munisipalitetində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

“Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb”, - deyə səfirlikdən bildirilib.

Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa ictimaiyyətə ötürüləcək.

Qeyd edək ki, sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR