"Bu gün biz ikitərəfli münasibətlərimizdə mühüm bir məqamı qeyd edirik. 10 il öncə - 28 sentyabr 2009-cu il tarixində Rumıniyanın və Azərbaycan Respublikasının Prezidentləri Buxarestdə ölkələrimiz arasında "Strateji tərəfdaşlığın yaradılması haqqında birgə Bəyannamə" imzalayıblar".
APA-nın məlumatına görə, bu barədə Rumıniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdə qeyd ediblər ki, Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqına üzv dövlətdir.
"Bundan daha 10 il sonra münasibətlərimiz daha zəngin, daha geniş və daha güclü olacaq. Rumıniya bütün sahələrdə Azərbaycanla səmərəli əməkdaşlığı daha da gücləndirməyə hazırdır", - deyə səfirliyin məlumatında vurğulanır.