Bank Of Baku

Səməd Seyidov: Slovakiyada Azərbaycan səfirliyinin açılması çox mühüm məsələdir

Səməd Seyidov: Slovakiyada Azərbaycan səfirliyinin açılması çox mühüm məsələdir
# 14 iyul 2023 11:45 (UTC +04:00)

“Azərbaycanın xarici əlaqələri gündən-günə artır. Xüsusilə Avropa ölkələri ilə əlaqələrimiz inkişaf edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.

Deputat bildirib ki, bu, Azərbaycanın strateji hədəflərindən biridir: “Azərbaycan-Slovakiya əlaqələri də yüksələn xətlə inkişaf edir. Mərkəzi Avropada yerləşən və siyasi cəhətdən çox mühüm ölkədə - Slovakiyada Azərbaycan səfirliyinin açılması çox mühüm məsələdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR