"Sudanın silahlı qüvvələri ölkənin müdafiəsində cəsarətlə dayanıb”.
APA xəbər verir ki, bunu Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.
O deyib ki, hərbi güclər ölkənin siyasi institutlarını, sabitliyini pozmağa çalışıb.
Nazir ölkəsindəki son vəziyyət barədə QH ölkələrinin nazirlərini məlumatlandırıb:
“Xartumda bütün hava limanları yollar bağlanmışdı. İnsanları qorxutmaq üçün terrordan, zorakılıqdan istifadə edirdilər, insanlar girov götürülürdü. Xəstəxanalar vuruldu və ya baza kimi istifadə olunurdu. Banklar soyuldu, özəl və ictimai kompaniyalar ələ keçirildi. Ölkədə vacib enerji infrastrukturu hədəf alınmışdı. Diplomatik missiyalara hücumlar olurdu. Ən ağır humanitar vəziyyət müşahidə olunurdu. Nəticədə Sudan hökuməti beynəlxalq yardım üçün, humanitar yardım üçün müraciət etdi".
Nazir deyib ki, ölkəsinə humanitar yardım gəlməyə davam edir: “Biz BMT agentlikləri ilə əməkdaşlığı davam etdirməyə hazırıq. Mən Sudana yardım edən ölkələrə təşəkkür edirəm. QH ölkələrinə bu ağır zamanda bizə verdiyi dəstəyə görə, bu hərbi qiyamı pislədiyinə görə təşəkkür edirik”.