Bank Of Baku

Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin iclası keçiriləcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 17 aprel 2026 12:58 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər çox intensivdir. Tezliklə Tbilisidə hər üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda jurnalistlərə açıqlamasında deyib.

O, ənənəvi üçtərəfli formatın məsələlərin parlamentlər səviyyəsində müzakirəsinə imkan verdiyini qeyd edib.

Papuaşvili həmçinin bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistan hökumətləri regionda sülhün qorunması kimi müdrik siyasət yürüdürlər.

Spiker bu gün Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını vurğulayaraq məhz hökumətlərin sayəsində marşrut boyu ətrafda müşahidə edilən xaos və böhranların olmadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR