“İnşallah, hər il Şuşamızda Qlobal Media Forumu keçiriləcək”.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlaması zamanı deyib.
“Bu forum bizlər üçün həm də bir çox örnək vəd edir. Prezident İlham Əliyev 3 saat ərzində sualları cavablandırdı, Qarabağ zəfəri və digər məsələlər barədə geniş məlumat verdi.
Düşünürəm ki, Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl, ən yaxşı şəhərlərdən biri olacaq, mən buna inanıram”, - Baş katib əlavə edib.