Bank Of Baku

TDT Baş katibi: Türk dövlətlərinin birgə əməkdaşlığı vacib addımdır

TDT Baş katibi: Türk dövlətlərinin birgə əməkdaşlığı vacib addımdır
# 07 sentyabr 2023 11:17 (UTC +04:00)

Fövqəladə hadisələr zamanı birlik çox önəmlidir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev deyib.

O bildirib ki, türk dövlətlərinin birgə əməkdaşlığı vacib addımdır:

"Dövlət başçıları da bu birliyə, qardaşlığa böyük önəm verir. Təbii fəlakət və fövqəladə halların idarəedilməsi ilə bağlı biz birlikdə ümumi işlər görürük. İndiyə qədər işçi qrupların 6 iclası keçirilib. İclaslarla bağlı işçi qrupları aidiyyatı üzrə məruzələr ediblər.

Hazırda məqsəd TDT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir", - deyə Baş katibi Kubanıçbek Ömürəliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR