Bank Of Baku

Tehranda Respublika Gününə və diplomatik xidmət orqanlarının yubileyinə həsr olunmuş qəbul keçirilib

Tehranda Respublika Gününə və diplomatik xidmət orqanlarının yubileyinə həsr olunmuş qəbul keçirilib
# 12 iyun 2019 13:49 (UTC +04:00)

Tehranda Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

APA-nın İran bürosunun məlumatına görə, qəbulda İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Salman Xodadadi, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci il mayın 28-də məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan diplomatik xidmət orqanları məhz Xalq Cümhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu ilin 8 iyulunda Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin müvəqqəti təlimatı qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin tarix hər il Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini diqqətə çatdıran səfir deyib ki, işğalçı Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri var: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizin münasibətləri ortaq tarixə, mədəniyyətə, xalqlarımızın ənənəvi dostluğuna söykənir. İran Azərbaycanın müstəqilliyini ilk tanıyan və dəstəkləyən dövlətlərdən biridir. Bu gün Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə İranla əməkdaşlıq əlaqələrini inkişaf etdirmək prioritet xətt təşkil edir”.

Qeyd olunub ki, tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən, Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir.

Sonra çıxış edən İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri kimi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. İki dövlət arasındakı əlaqələrin yüksək səviyyəyə qalxmasında prezidentlər İlham Əliyev və Həsən Ruhaninin siyasi iradəsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən nazir qeyd edib ki, ölkələrimiz arasında xüsusilə siyasi, iqtisadi və humanitar əlaqələr gündən-günə inkişaf edir: “Azərbaycan ilə İran, həmçinin Şimal- Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsində iştirak edirlər. Bu dəhliz vasitəsilə Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri İran və Azərbaycandan keçməklə Qara dəniz, Rusiya və Avropa ilə birləşəcəklər”.

Tədbir bədii proqramla davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR