“Biz Bakıda müstəmləkəçilik problemi barədə açıq danışırıq, Avropada bu çətindir”.
APA xəbər verir ki, bu barədə “African Mundus” təşkilatının təmsilçisi Emmanuel Argo Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
“Mən müsbət mənada təəccübləndim. Azərbaycan səfərimdən öncə düşünməzdim ki, mən belə bir çıxış edəcəyəm. Azərbaycan Prezidentinə təşəkkür edirəm. QH üzvlərinə də verdikləri dəstəyə görə minnətdaram. Avropa mediası bu barədə müzakirəyə açıq deyil. Bakıya təşəkkür edirəm ki, bizə bu məsələ barədə açıq danışmaq üçün imkan yaradıb”, - o panel çıxışında deyib.