Bank Of Baku

Toivo Klaar Azərbaycanla Ermənistana çağırış edib

Toivo Klaar

© APA | Toivo Klaar

# 14 iyun 2023 14:48 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması ilə bağlı narahatlığını bildirib.

APA xəbər verir ki, Klaar bu barədə "Twitter" hesabında bildirib.

“Aİ regionda baş verənləri yaxından izləyir. Bütün istiqamətlərdə atışma dayandırılmalıdır. Ardıcıl görüşlərin müsbət dinamikasını davam etdirmək və danışıqlar masası arxasında Ermənistana, Azərbaycana və bütün regiona fayda verəcək nəticələr əldə etmək vacibdir”, - Klaar vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR