Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib - VİDEO

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib  - VİDEO
# 27 iyun 2024 02:07 (UTC +04:00)

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.

APA xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:

"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR