Bank Of Baku

Türkiyə Prezidenti: Avropa Türkiyə üzərindən alacağı qazla bağlı çox təlaşlıdır, üzərimizə düşəni edirik

Türkiyə Prezidenti: Avropa Türkiyə üzərindən alacağı qazla bağlı çox təlaşlıdır, üzərimizə düşəni edirik
# 13 iyun 2023 14:32 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında energetika sahəsində gələcəkdə nələrin ediləcəyi müzakirə edilir.

APA-nın Türkiyə müxbirinin xəbərinə görə, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.

O qeyd edib ki, Avropa Türkiyə ərazisi vasitəsi ilə təbii qazın alınmasında maraqlıdır və bu istiqamətdə də işlər davam edir.

"Ən vacib məsələlərdən biri enerji sahəsində - istər TAP, istər TANAP ilə bağlı illərdir ki, həyata keçirilən işlər var".

Rəcəb Tayyib Ərdoğan nəzərə çatdırıb ki, bununla bağlı bu gün də nazirlər arasında görüş keçirilib:

“Bundan sonrakı dövrdə daha nələr edə bilərik, bununla bağlı müzakirələr aparıldı. Avropa, xüsusən Türkiyə üzərindən alacağı qaz məsələsi ilə bağlı çox təlaşlıdır. Bunun üçün davamlı olaraq xahişlər etməkdədirlər. Bu məsələ ilə bağlı üzərimizə düşəni edirik və bundan sonra da inşallah, davam edəcəyik”.

Ramiz Mikayıloğlu

Tural Əsədi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR