Bank Of Baku

Türkiyə səfiri: "Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir"

Türkiyə səfiri: "Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir"
# 03 oktyabr 2019 11:12 (UTC +04:00)

“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrinin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrinin məhv edilməsi cinayətdir: “Həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə buna qarşı mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR