Bank Of Baku

Ukraynanın Azərbaycandakı səfiri "Laçın Şəhəri Günü"ndən paylaşım edib - FOTO

Ukraynanın Azərbaycandakı səfiri "Laçın Şəhəri Günü"ndən paylaşım edib - FOTO
# 26 avqust 2023 16:26 (UTC +04:00)

"İşğaldan azad edilmiş Azərbaycan şəhərlərini gəzməyə davam edirik. Bu gün Şəhər günü münasibəti ilə Laçına - qədim tarixə malik şəhərə səfər etdik".

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabındakı paylaşımında qeyd edib.

Səfir bildirib ki, bölgənin özü inanılmaz mənzərələri və təbiəti ilə heyran edir.

"Bu gün burada irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, həyat tədricən ölkənin dilbər guşələrindən birinə geri qayıdır. Azərbaycan, mübaliğəsiz, heyranedici bir bərpa tempi nümayiş etdirir. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə sürətlə davam edən müsbət dəyişikliklər məni çox sevindirir. Əminəm ki, biz də Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş bütün ərazilərini yenidən quracaq və onlara həyatı geri gətirəcəyik" - deyə, səfir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR