Bank Of Baku

Uqandadan sonra QH-yə sədrlik Özbəkistana keçəcək

Uqandadan sonra QH-yə sədrlik Özbəkistana keçəcək
# 06 iyul 2023 19:55 (UTC +04:00)

Uqandadan sonra Qoşulmama Hərəkatına (QH) sədrlik Özbəkistana keçəcək.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yekunları bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir bununla bağlı razılığın əldə olunduğunu diqqətə çatdırıb.

C. Bayramov qeyd edib ki, QH beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisidir, bu, müxtəlif ideologiyaların təmsil olunduğu vahid platformadır: “QH beynəlxalq narahatlıq doğuran məsələləri diqqətə alır. İndi beynəlxalq sülhə, təhlükəsizliyə qarşı təhdidlər, meydana çıxan çağırışlar fonunda QH üzvlərinin həmrəy və qətiyyətli olması həmişəkindən daha vacibdir. QH meydana çıxan fövqəladə vəziyyətlərə dərhal reaksiya verməlidir ki, üzv ölkələr çətin zamanlarda ona güvənə bilsinlər. Azərbaycan QH-nin fəaliyyətinin artması, üzv ölkələr arasında əməkdaşlığın və həmrəyliyin güclənməsi üçün daha çox səy göstərəcək.

Qeyd edək ki, yanvardan etibarən, QH-nin sədrliyi Azərbaycandan Uqandaya keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR