Bank Of Baku

“Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminar keçirilib - FOTO

“Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminar keçirilib - FOTO
# 22 iyun 2023 11:15 (UTC +04:00)

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlığı var.

APA xəbər verir ki, bunu BMTM-nin sədri Fərid Şəfiyev “Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminarda deyib.

O bildirib ki, Polşa, Slovakiya, Macarıstan və Azərbaycan arasında strateji əməkdaşlıq var və bu əməkdaşlıq müəyyən ortaq tarixlə yanaşı, üst-üstə düşən maraqlara, ortaq təhlükəsizlik narahatlıqlarına əsaslanır.

Slovakiya səfiri Milan Layçak seminarın açılışında deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra azadlıq əldə edən ölkələrin əksəriyyəti demək olar ki, ortaq çağırışlarla, problemlərlə üzləşdilər ki, bunlar da Aİ-yə qoşulmaq, SSRİ zamanı tətbiq olunan planlaşdırılmış iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, təhlükəsizlik məsələləri ilə bağlı idi.

Diplomat çıxışında Vişeqrad qrupu ölkələrinin ortaq tarixi barədə məlumat verib: “Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə Vişeqrad ölkələri arasında əməkdaşlığın dinamikasına da təsir edib”.

Slovakiyalı diplomat nitqində Azərbaycanın iqtisadi inkişafına da toxunub.

Tədbirdə Rusiya və Ukrayna müharibəsi fonunda enerji böhranı ilə bağlı problemlər və onların həll yolları, Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün gələcək texnoloji transformasiya üzrə çağırışlara dair müzakirələr aparılıb.

“Rusiya-Ukrayna müharibəsi fonunda Vişeqrad qrupu ölkələri və Azərbaycan: Enerji böhranı ilə bağlı problemlər və onların həll yollarının axtarışı” adlı paneldə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunun (IFAT) baş elmi işçi Sandor Seremet çıxış edib.

O bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri müharibədən əvvəlki müddətə qədər Rusiyanın qalıq enerjisindən - qazdan əhəmiyyətli dərəcədə asılı olub.

Macar tədqiqatçı bunu bir neçə səbəblə əlaqələndirib. O deyib ki, bu, sovet mirası olan nəqliyyat marşrutlarının mövcudluğu, yeni infrastrukturun tikilməsinə ehtiyac, sərfəli qiymət və alternativ tədarükçülərin və marşrutların olmaması ilə bağlı olub.

Macar tədqiqatçı təqdimatında onun ölkəsinin illik daxili qaz istehlakı barədə məlumat verərək deyib ki, Macarıstanda ev təsərrüfatlarının 72 faizi qaz istehlak edir.

Ukrayna müharibəsindən sonra Aİ-nin maye qaz idxalını əks alternativ kimi təşviq etdiyini deyən Seremet bildirib ki, hazırda Macarıstanda 8 LNG terminalı tikilir, 38 layihə isə təqdim olunub.

O, yaşıl enerjinin alternativ olması barədə danışıb və Qara dəniz vasitəsilə yaşıl enerjinin Cənubi Qafqazdan Avropaya ötürülməsini hədəfləyən təşəbbüslə bağlı Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında anlaşma memorandumun imzalanmasını xatırladıb.

Paneldə çıxış edən SOCAR-ın Xarici əlaqələr şöbəsinin rəhbəri Əli Şahbazov qlobal böhranın, münaqişənin beynəlxalq bazarda enerji qiymətlərinə ciddi təsir etdiyini deyib.

Əli Şahbazov Avropanın Rusiyanın enerji asılılığından qurtulması üçün ambisiyalı plan elan etdiyini, yaşıl enerjiyə keçidi sürətləndirdiyini xatırladıb.

Azərbaycanlı rəsmi ölkəsinin də Aİ-nin enerji resursları ilə bağlı alternativ təchizatçılar sırasında olduğunu vurğulayaraq ötən ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sahəsində strateji əməkdaşlıq barədə anlaşma memorandumunun imzalandığını qeyd edib.

SOCAR rəsmisi yaşıl enerji, xüsusilə külək enerjisi üzrə Azərbaycanın böyük potensialı olduğunu vurğulayıb və əlavə edib ki, Aİ ilə imzalanan anlaşma memorandumu yaşıl enerji sahəsində yaxın əməkdaşlıq üçün baza yaradıb.

Əli Şahbazov Bolqarıstanda imzalanan anlaşma memorandumun Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın töhfəsi istiqamətində daha bir addım olduğunu diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan Avropanın enerji təchizatında etibarlı tərəfdaş olmağa davam edəcək.

Çexiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili isə çıxışında deyib ki, onun ölkəsi bu ilin iyulundan etibarən Vişeqrad Qrupuna sədrlik edəcək və bu müddətdə gündəlikdəki prioritet məsələlərdən biri də regionun Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını daha da dərinləşdirilməsi olacaq.

O, həmçinin Çexiyanın sədrliyi dövründə enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ imkanları ilə işləməyin də gündəlikdə olacağını deyib.

O, çıxışında Orta Dəhlizin rolu barədə danışıb.

Çexiyalı diplomat bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi və Rusiyaya qarşı sanksiyalar Qərb və Şərq (Asiya) arasında ənənəvi dəhlizin rolunu tamamilə zəiflədib, belə olan halda Orta Dəhliz ən yaxşı alternativdir.

Çexiyalı diplomat Orta Dəhlizdə Azərbaycan və digər ölkələrin bu dəhlizdəki rolu barədə vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR