Bank Of Baku

Vladanka Andreyeva: Sosial təminat sahəsində aparılan islahatlar Azərbaycanın gələcəyə olan vizyonunu göstərir

Vladanka Andreyeva: Sosial təminat sahəsində aparılan islahatlar Azərbaycanın gələcəyə olan vizyonunu göstərir
# 07 sentyabr 2023 11:13 (UTC +04:00)

DOST platforması vahid platforma olaraq vətəndaşlara çevik xidmət göstərir.

APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, bura dünyanın müxtəlif yerlərindən mütəxəssislərin dayanıqlı inkişaf məqsədlərinin müzakirə edilməsi üçün toplanması müsbət haldır:

"Dünyanın 17 dayanıqlı inkişaf məqsədinin həyata keçirilməsi üçün dövlətlər üzərlərinə böyük öhdəliklər götürüblər. Bu məqsədlərdən biri sosial təminat və iş yerlərinin açılmasıdır. Ölkələr pandemiya dövründə bu xidmətlərin daha operativ göstərilməsinə məcbur oldular və bu çərçivədə vahid platformalara keçid artdı.

Dünyada get-gedə artan qeyri-bərabərlik, iqlim dəyişilməsi fonunda sosial xidmətlərin aktuallığı artır.

Sosial təminat sahəsində son illərdə aparılan islahatlar Azərbaycanın gələcəyə olan vizyonunu göstərir. İnsanların sosial xidmətlərlə əhatə olunması bunun təzahürüdür. Bu konfransa həm yerli, həm də xarici ekspertlər dəvət olunub ki, onların müzakirələri dayanıqlı sosial təminatı təmin etmiş olsun.

Sosial təminatın təşkil olunması üçün biz həm maliyyə, həm də insan resurslarını artırmalıyıq. Vahid pəncərə forması sosial xidmətlərin göstərilməsi üçün dünyanın əksər ölkələrində tətbiq olunmağa başlayıb. Vahid platforma sosial xidmətlərə əlçatanlığı artırır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR