Bank Of Baku

Vüqar İskəndərov: Azərbaycan-Özbəkistan münasibətləri yüksək səviyyədədir

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 23 avqust 2023 19:00 (UTC +04:00)

Son illər Prezident İlham Əliyevin Türk dünyası, Mərkəzi Asiya dövlətləri arasında əlaqələrinin inkişafı istiqamətində atdığı addımlar bəhrəsini verir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri də gələcək perspektivdə iki ölkə arasındakı münasibətlərin daha da inkişafına imkan yaradacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Respublikalarına səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, Türk Dövlətləri Təşkilatının inkişafı onu göstərir ki, münasibətlər ən yüksək səviyyədədir: “Hazırda Azərbaycanla Özbəkistan arasındakı münasibətlər bütün sahələrdə yüksək səviyyədədir. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Təsadüfi deyil ki, hər iki ölkə arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəldilməsi, yaradılan imkanlar gələcəyə hesablanmış müsbət addımlardır”.

Deputatın sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlıq təkcə iki ölkənin qarşılıqlı inkişafını təmin etməyəcək: Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində atılan bu addımlar ümumən Türk dünyasının maraqlarına cavab verir. Bu gün Azərbaycan elə bir strateji mövqeyə malik bir dövlətdir ki, onunla dost olan dövlətlər ancaq qazan bilər. Bu baxımdan xarici siyasətdə xüsusilə türk dövlətləri ilə əlaqələr xüsusi önəm daşıyır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR