Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini ziyarət ediblər.
Bu barədə APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir.
Diplomatlara işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr Azərbaycana qaytarılıb.