Bank Of Baku

Xarici QHT fəalları “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə dəstək ifadə edib - VİDEO

Abiel Mavere, Ali Sidibe

© APA | Abiel Mavere, Ali Sidibe

# 07 sentyabr 2023 11:27 (UTC +04:00)

“Mən “Dünya Qafqazda sülh üçün” təşəbbüsünü müdafiə edirəm. Mesaj aydın və sadədir. Qoy sülh qalib gəlsin”.

APA xəbər verir ki, bunu “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniyada iştirak edən Zimbabvenin “Gənc Səfirlər” təşkilatının sədri Abiel Mavere (Abiel Mawere) deyib.

“Biz heç bir münaqişədə qan tökülməsini istəmirik, biz həll edilməmiş münaqişə görmək istəmirik. Biz istənilən münaqişənin sülh yolu ilə, diplomatik həllinə çağırırıq. Kim bütün dünyada sülhdən yanadır, digər təşkilatları da “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə qoşulmağa cəsarətləndirməlidir”, - deyə Mavere bildirib.

Kampaniyada iştirak edən daha bir xarici QHT nümayəndəsi, Malinin “Sülh və davamlı tərəqqi üçün gənclərin şəbəkə platforması” təşkilatının İdarə Heyətinin sədri Ali Sidibe (Ali Sidibe) də, öz növbəsində, Qafqaz bölgəsində sülhün təmin olunmasının vacibliyini vurğulayıb: “Rifah naminə sülh inşa edilməlidir. Bu gün bizim həm kollektiv, həm də fərdi şəkildə dayanıqlı sülh üçün səsimizi yüksəltməyimizə hər zamankından daha çox ehtiyac var. Ona görə də bu gün mən buradayam və “Dünya Qafqazda sülh üçün” təşəbbüsünə tam və qeyd-şərtsiz dəstəyimi ifadə edirəm”.

Qeyd edək ki, dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.

Kampaniya adından yayılmış sonuncu müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir.

Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR