Bank Of Baku

Xavyer Kolomina İrəvanda Azərbaycanla sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib

Xavyer Kolomina İrəvanda Azərbaycanla sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib
# 24 may 2023 09:35 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistana səfərinin yekunları ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, o, görüşlər zamanı NATO-Ermənistan əməkdaşlığının və regional təhlükəsizlik dinamikasının artırılması yolları, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyətini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, o, səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla, xarici işlər naziri Ararat Mirzoyanla və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Xatırladaq ki, Xavyer Kolomina Ermənistandan sonra Gürcüstan və Azərbyacana da səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR