Bank Of Baku

ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiyalar elan edib

ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri ilə bağlı vakansiyalar elan edib
# 02 mart 2018 21:50 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası yerli işçilər üçün vakansiyalar elan edib.

 

APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, ümumilikdə 60 yer üzrə vakansiya elan edilib.

 

ATƏT missiyasına yerli dəstək üçün vakansiyalar inzibati, proqram, regionlar üzrə müşahidəçilərə dəstək heyətinin cəlb edilməsini nəzərdə tutur.

 

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyası  ötən ay Bakıya səfər edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR