ABŞ Avropadan əlavə F-16 və F-35 qırıcılarını Yaxın Şərqə göndərib.
Bu barədə "The New York Times" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, F-16 təyyarələri Almaniyadan, F-35-lər isə Böyük Britaniyadan regiona yerləşdirilir. Bununla yanaşı, əlavə hava yanacaqdaşıyan təyyarələr də Yaxın Şərqə göndərilir.
Qəzet qeyd edir ki, bu addım ABŞ administrasiyasının yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları genişləndirə biləcəyinə dair ehtimalları gücləndirir.