Bank Of Baku

Brok Birman: “Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var”

Brok Birman: “Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var”
# 28 fevral 2018 20:09 (UTC +04:00)

Azərbaycanla USAİD arasında uzunmüddətli tərəfdaşlıq var.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan USAİD-in direktorunun Avropa və Avrasiya üzrə koməkçisi Brok Birman deyib.

 

O bildirib ki, son illər tərəflər arasında əməkdaşlığa mane olan bir sıra məsələlər olub: "Azərbaycan hökuməti ilə açıq müzakirələr zamanı bu məsələlərin həllini gözlədiyimi demişdim. Təəssüf ki, heç bir irəliləyiş olmayıb. Mən Vaşinqtona eyni ismarıcları çatdıracağam".

 

USAİD rəsmisi bildirib ki, bu həftə bir sıra nazirliklərin təmsilçiləri ilə görüşlər keçirib: "Əsas müzakirə olunan məsələlər vergilərin ödənməsi, vətəndaşların qeydiyyatı ilə bağlı olub. Burada iqtisadi inkişaf naminə bizimlə birgə fəaliyyət göstərmək üçün qapıların açıq olmasını istəyirik. Biz Azərbaycan hökumətindən tərəfdaşlarımızı qeydiyyatdan keçirmək, vergilər sahəsindəki məsələlərin həllini gözləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR