Xarici İşlər Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.