Bank Of Baku

Hindistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

Hindistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib
# 05 mart 2018 08:30 (UTC +04:00)

Hindistanın xarici işlər naziri, xanım Suşma Svaraj Bakıdakı Respublika Narkoloji Mərkəzində ölümlə nəticələnən faciəli yanğınla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova başsağlığı verib.  
  

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktubda deyilir:  “Bakı şəhərində, Respublika Narkoloji Mərkəzində baş vermiş faciəli yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri məni sarsıtdı.  Ən səmimi və ürəkdən başsağlığımı bildirirəm. Duyğularım və dualarım zərərçəkmişlər və onların ailə üzvləri ilədir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR