Bakı. Anaxanım Hidayətova – APA. Riqada ticarət mərkəzindəki uçqun nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Latviyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Başsağlığı vermək istəyənlər bu gün saat 16-dan 18-ə qədər, eləcə də bazar ertəsi saat 11-dən 13-ə və 15-dən 17-yə qədər səfirliyə gedə bilər.