Bakı. Məlahət Nəcəfova - APA. "Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər".
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S. Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək.
"Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək", - deyə o bildirib.
Lavrov: "Rusiya-Türkiyə münasibətlərində irəliləyiş ümumilikdə regiona müsbət təsir edəcək"
12 iyul 2016 09:15 (UTC +04:00)
Xarici siyasət
Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri TBMM Baş katibinin müavini ilə görüşüb
14:25
23 may 2024
Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
13:44
23 may 2024
Ermənistan Azərbaycanla sülh müqaviləsi ilə bağlı razılıq əldə olunacağına inanır
12:22
23 may 2024
TBMM Baş katibinin müavini Naim Çoban Azərbaycanda səfərdədir - FOTO
09:36
23 may 2024