Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko Bakıda Narkoloji Dispanserdə baş vermiş və 25 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı Milli Məclisin sədri Oqtay Əsədova başsağlığı verib.
APA-nın “Rusiya qəzeti”-nə istinadən verdiyi xəbərə görə, bu barədə məclisin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyası Federal Məclisin və öz adımdan dərin başsağlığımı çatdırıram. Biz sevdiklərini itirənlərin dərdlərini bölüşür və yaralıların tez bir zamanda sağalmasına ümid edirik”, -deyə V.Matviyenko bildirib.
Matviyenko azərbaycanlı həmkarından bu sözlərini ölənlərin yaxınlarına çatdırmağı xahiş edib: “ Qoy bu çətin günlərdə güclü olmağı bacarsınlar".