Bank Of Baku

Məmmədyarov: “İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr başqa təşkilatlarda bitərəf qalır”

Məmmədyarov: “İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr başqa təşkilatlarda bitərəf qalır”
# 05 mart 2018 11:09 (UTC +04:00)

"İslamofobiyanın süni şəkildə ortaya atıldığını hiss edirik. May ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Biz o iclasda İƏT-in islam dünyasının əsas təşkilatı olmasını təsdiq etmək barədə müzakirələr aparacağıq”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 

E. Məmmədyarov bildirib ki, İƏT-in və onun fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır: “Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR