Bank Of Baku

XİN Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək Zirvə görüşündə Ermənistanın iştirakına münasibət bildirib

XİN Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək Zirvə görüşündə Ermənistanın iştirakına münasibət bildirib
# 27 sentyabr 2019 17:22 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə qurumda müşahidəçi statusu olan Ermənistanın iştirakına münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Hərəkatın hazırkı sədri qismində Venesuelaya Bakıda keçiriləcək Zirvə görüşü ilə bağlı məlumat təqdim edərək, sədrlik vasitəsilə bütün ölkələrə bu toplantıda iştirak etmək üçün mövcud qeydiyyat proseduraları haqqında məlumatı yayıb.

“Tədbirdə iştirak etmək istəyi olan ölkələr özləri qeydiyyat keçirlər. Ermənistan tərəfi hələki tədbirdə iştirakla bağlı qeydiyyatdan keçməyib”, - L. Abdullayeva vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR