Bank Of Baku

XİN: Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir

XİN: Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir
# 27 iyul 2023 19:05 (UTC +04:00)

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməlidir.

APA xəbər verir ki, bu, Azərbaycan XİN-in Nikol Paşinyana cavabında öz əksini tapıb.

“Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR