Bank Of Baku

XİN: Ermənistanın təxribatının məqsədi Laçın sərhəd məntəqəsindən keçidə maneçilik törətməkdir

XİN: Ermənistanın təxribatının məqsədi Laçın sərhəd məntəqəsindən keçidə maneçilik törətməkdir
# 16 iyun 2023 14:49 (UTC +04:00)

15 iyun tarixində Ermənistan tərəfindən Laçın sərhəd-keçid məntəqəsinə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

APA xəbər verir ki, bu barədə XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın 16 iyun tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd edillib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR