Bank Of Baku

XİN: Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir

XİN: Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir
# 20 sentyabr 2023 18:39 (UTC +04:00)

Pakistan Azərbaycan ərazisində mina partlayışları nəticəsində dəyərli insanların itkisinə görə Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir.

APA xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mumtaz Zahra Baloç bildirib.

Onun sözlərinə görə, Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir:

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi kimi tanıyır. Bizim mövqeyimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və İƏT-nin çoxsaylı qətnamələrinə, eləcə də beynəlxalq hüquqa tam uyğundur. Ümid edirik ki, Azərbaycanın suverenliyi və bu ərazi bütövlüyünü bütün tərəflər qəbul edəcək və regionda davamlı sülhə yol açacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR