Bank Of Baku

XİN rəhbəri: Ermənistan humanitar yükün gətirilməsi məsələsində siyasi manipulyasiya xətti tutub

XİN rəhbəri: Ermənistan humanitar yükün gətirilməsi məsələsində siyasi manipulyasiya xətti tutub
# 24 avqust 2023 18:16 (UTC +04:00)

Humanitar yükün gətirilməsi məsələsində Ermənistan tərəfi siyasi manipulyasiyalar xəttini tutub.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Məqsədli şəkildə beynəlxalq humanitar təşkilatlar - ilk olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsini nəzərdə tuturam - tərəfindən həyata keçirilən məhdudiyyətlər, Azərbaycanın legitim olaraq təklif etdiyi Ağdam-Xankəndi yolunun bloklanması, onlara qarşı çıxması, yollara beton plitələrin düzülməsi tamamilə qəbuledilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”, - nazir əlavə edib.

Ceyhun Bayramov onu da deyib ki, belçikalı həmkarı ilə Ermənistan tərəfinin bu cür siyasi manipulyasiyalar edərək müxtəlif beynəlxalq platformalarda məsələni siyasiləşdirməsi ətrafında da müzakirə aparıblar:

“Bu istiqamətdə bəzi detalları xanım nazirin diqqətinə çatdırdım. Yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı bir çox üzv ölkələr tərəfindən səsləndirilən fikirlər ətrafında da danışığımız oldu. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Bir tərəf ki humanitar yardımı yalnız bir yolla qəbul etmək istəyir, digər yollardan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsi deməkdir. Həmçinin əksər ölkələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə imkanlarını müsbət qarşıladı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR