Bank Of Baku

XİN sözçüsü: Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır

Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə

© APA | Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə

# 16 iyun 2023 12:03 (UTC +04:00)

Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızıdır.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.

"Dünən Laçın Sərhəd Məntəqəsində - Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb.

Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, - XİN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR