Bank Of Baku

XİN sözçüsü: Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq

XİN sözçüsü: Ermənistanla danışıqların növbəti raundu üçün görüşlər sabah başlayacaq
# 26 iyun 2023 14:21 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR